Avtoşluq mənim hobbimdir.
"Hamı bizə xuliqan desə də, mən xuliqan deyiləm. Avtoşluq mənim hobbimdir. Sadəcə, mən və digər avtoşlar iti sürət və adrenalin azarkeşiyik. Yol hərəkəti qaydalarına riayət etməsək də, heç kimə pisliyimiz dəymir", - 23 yaşlı avtoş öz hobbisini Milli.Az-ın əməkdaşına belə izah edir.
Qeyd edək ki, Vüqar adlı həmsöhbətimiz ali təhsillidir, firmalardan birində menecer işləyir. Lakin avtoşluq etmədən özünü təsəvvür etmir. "Avtoş" - avtomobilin hərəkətini 180 dərəcə dəyişdirənlərə deyilir. Hər halda, avtoşlarımız bu cür hesab edirlər.
Psixoloqların fikrinə görə, avtoşlarla xuliqan kimi davranmaq düzgün deyil. Onlar, sadəcə, avtomobil həvəskarıdırlar. Hətta araşdırma apararkən avtoşların kateqoriyalara bölündüyü məlum oldu. Birinci kateqoriyaya aid olanlar "streetracer"lər - küçədə şütüyənlərdir. Bu avtoşlar üçün əsas - sürət deyil. Onlar üçün vacib olanı avtomobili maşınların arası ilə məharətlə sürmək, sərt döngələri kəsməkdir.
İkinci kateqoriyadakılar isə "speedenglər"dir. Bunlar sürətsevərlərdir. Bu cür avtoşlar maşın az olan şosse tapıb, orada qazı axıra qədər sıxıb maksimal sürət yığırlar.
Digər kateqoriyaya isə "draggerslər" aiddir. Bu cür avtoşlar üçün isə əsas - 400 metrlik məsafədə sürəti 0-dan 170-180 km-ə çatdırmaqdır.
0 yorum:
Yorum Gönder